ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"A.Huker dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir", - deyə məlumatda qeyd olunub.