Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülüb.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli və Həsənriz kəndlərinə yola salınıb.
Bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.