Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fərid Osmanova yüksək VƏZİFƏ VERİLDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, Fərid Osmanov 2005-ci ildən Azərbaycan Mərkəzi Bankında çalışıb. 2020-ci ildən isə AMB-nin baş direktoru kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, F.Osmanov bir neçə gün öncə Mərkəzi Bankdakı vəzifəsindən ayrılıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar