Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, dünyanın ən böyük iqlim sammitlərindən biri olan COP31-də 6 qitədən 102 liderin iştirakı gözlənilir.
BMT, Avropa İttifaqı, Dünya Bankı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların rəhbərləri də sammitə qatılacaqlar.
Qeyd edək ki, sammitdə dünya liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasi addımları və həllə dair təklifləri müzakirə edəcəklər.