Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda may ayında Azərbaycana səfər edəcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report-a müsahibəsində Ş.Şennax bildirib.
Onun sözlərinə görə, hazırda səfərin gündəliyi üzərində iş gedir.
Xatırladaq ki, martın 8-də PArisdə AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilər yanvarın 12-14-də Azərbaycana etdikləri əvvəlki səfərin yekunlarına dair hesabatı təqdim ediblər.
N.О.