Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 43-cü iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, iclasda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzər dənizinin hüquqi statusuna, sahilyanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, eləcə də Xəzər dənizi üzrə nazirliklərin və qurumların fəaliyyətinin kordinasiyasına dair həll edilməmiş bütün məsələlərin müzakirəsini davam etdirəcəklər.
İclas işini yanvar ayının 29-da başa çatdıracaq.
Xəzərin hüquqi statusuna dair növbəti sammitin bu il Astanada keçirilməsi nəzərdə tutulur.