Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin 2024-cü ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-nin idarəetməsinə verilmiş yeni portfel şirkətlər ("Azəralüminium" MMC, "Azərbaycan Alüminiumu" ASC və "Azərpambıq ASK" MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.
İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
- Azərbaycanda qaz təsərrüfatı obyektlərinin lisenziyalaşdırılması üçün əlavə şərtlər genişləndirilib
- Təhlükə potensiallı obyektlərin siyahısı təsdiq edildi
- Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib
- Qüdrət Həsənquliyev: "İstiliyin verilməsi havanın temperaturu ilə müəyyən olunmalıdır"