Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Azərbaycan və Ermənistan arasında sülh regional əməkdaşlığın güclənməsinə böyük töhfə verə bilər"
"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regional əməkdaşlığın güclənməsinə böyük töhfə verə bilər".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının (APA) Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyada deyib.
O bildirib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın ədalətsiz işğaldan azad edilməsi təkcə Bakı üçün yox, həm də region üçün böyük addımdır:
"Bu gün çoxtərəfli əməkdaşlıq ölkələrin qlobal arenada inkişafına böyük töhfə verə bilər, ancaq ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafı da mühüm məsələdir. Parlamentlər bu əlaqələrə nail olmaq istiqamətində böyük rol oynaya bilər".
Mərahim Nəsib
"Türkiyə Böyük Millət Məclisi" teqi üzrə xəbərlər
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
- Türkiyə üçün yeni mərhələ - PKK terror təşkilatı ləğv edilir?
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Baş nazir Əli Əsədov Fuat Oktay ilə görüşüb