Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir
Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
"Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Əliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib", - məlumatda qeyd olunub.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Ağsuda mehmanxananın fəaliyyəti dayandırıldı
- FHN-dən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir