Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) son vaxtlar ən çox məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin boşaldılması ilə bağlı məhkəmə qərarlarının icrası barədə şikayətlər göndərilib.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AİHM-də səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
Ç. Əsgərov qeyd edib ki, bununla bağlı AİHM - dən gələn bütün müraciətlər Azərbaycan tərəfdən cavablandırılıb. Onun sözlərinə görə, qeyd olunan faktlar üzrə bu ilin başlanğıcından indiyə qədər Avropa Məhkəməsinə 15 şikayət olunub:
“Biz də bunu məhkəmənin müəyyən etdiyi prosedura əsasən həll etməyə çalışırıq. Biz onlarla barışıq sazişi əldə etmişik və bunun Avropa Məhkəməsi tərəfindən təsdiq olunması qalıb, təsdiq olunan kimi işlər bağlanacaq”.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin