Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib
Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) qərargahında BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə görüş keçirilib.
Görüș zamanı tərəflər arasında əməkdaşlığın daha da inkișaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yolları ətraflı müzakirə olunub. 30 aprel 2024-ci il tarixində BMT-nin Vyana ofisində keçirilmiş "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.
Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə edib.
BTQ-nin Icraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstək verəcəyini bildirib.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- BTQ rəsmisi: "Fransanın müstəmləkə siyasəti yerli əhalini xarici resurslardan asılı vəziyyətə salıb"
- BTQ "Qarans" siklonunun nəticələri ilə bağlı Reyunyon sakinləri ilə həmrəy olduğunu açıqlayıb
- Qvadelupalı jurnalist: "Biz həm siyasi, həm də iqtisadi müstəqillik əldə etmək istəyirik"
- Fransa müstəmləkələrindən olan jurnalistlər Şəhidlər xiyabanını ziyarət ediblər
- Deputat: "Fransa kimi ölkələr hələ də müstəmləkə siyasətini davam etdirir"