Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş işğalçı hərbi birləşmələrin əsgəri ağır güllə yarası alaraq ölüb.
İşğalçı iyulun 30-da, cəbhənin şimal-şərq istiqamətində vurulub.
Oxu.Az Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, ölümcül güllə yarası alan şəxs 1993-cü il təvəllüdlü A.Muradyandır.
Hadisənin təfərrüatları açıqlanmır, ölüm faktı ilə bağlı araşdırma aparılır.