ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşə hazırlıqlar yüksək səviyyədə davam edir.
Bu barədə "Report"un ABŞ-dəki rəsmi təmsilçisi Vüsalə Abbasova məlumat verib.
O qeyd edib ki, Vaşinqton küçələrində, eləcə də Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri görülür. "Bu tarixi görüşdə alınacaq qərarlar həm ölkəmizə, həm də regiona gələcək vəd edən perspektivlər gətirəcək", - deyə vurğulanıb.
Ətraflı Baku TV-nin süjetində: