Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov efiopiyalı həmkarı Hadera Abera Admassu ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.
"Biz yüksəksəviyyəli səfərlərin və davamlı dialoqun əhəmiyyətini vurğulayaraq, siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Efiopiyanın dəstəyinə görə minnətdarlığımı bildirdim və beynəlxalq təşkilatlar çərçivəsində, Afrika İttifaqı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu vurğuladım", - C.Bayramov qeyd edib.
Xatırladaq ki, C.Bayramov bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və rumıniyalı həmkarı Oana-Silvia Toiu görüşüb.
Pleased to meet with Hadera Abera Admassu, State Minister of Foreign Affairs of Ethiopia, during the High-Level Week of the 80th Session of the @UN General Assembly.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 22, 2025
We discussed ways to advance cooperation in political, economic, trade, and humanitarian areas, highlighting the… pic.twitter.com/Ht2mnIynQP