Mən prezidentdən xahiş edirəm ki, ölkədəki hasarlar sökülsün.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda çox hündür hasarların çəkilməsi insanları sanki təcrid edir:
“Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətrafına sədd çəkib”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova Zahid Orucun təklifinə münasibət bildirərək onu hər zaman orijinal təkliflər ilə çıxış edən millət vəkili adlandırıb. Vitse-spiker bunu çox müsbət qiymətləndirib:
“Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyatyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil”.