Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat: Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz
Hansısa ölkədə baş verən hadisə Azərbaycanda təkrar oluna bilməz, çünki Azərbaycanda xalqla iqtidar bir yerdədir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı öz prezidentini dəstəkləyir:
“Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentini seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur”.
S.Novruzov müxalifətlə iqtidar arasında dialoq məsələsinə toxunarkən bildirib ki, müxalifətlə dialoq var:
“Yəni müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etmir, amma parlamentdə təmsil olunan digər siyasi partiyalarla dialoq var”.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələrinin yeni görüşü keçirilir
- Ukraynanın Ər-Riyadda ABŞ ilə nəyi müzakirə etdiyi BƏLLİ OLDU
- ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
- ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir
- Pandemiya və müharibə Azərbaycanın Ukraynaya investisiyalarına necə təsir edib?