"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi dərin hörmətlə yad edilib.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Oxu.Az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
"Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb.
Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.