Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi apardıq", - deyə diplomat yazıb.
Kestutis Vaşkelyaviçyus görüşü "yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı" adlandırıb.