Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, prezident bu barədə İstanbulda çıxışı zamanı bildirib.
“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə təhlükə hələdə qalmaqda davam edəcək”, - deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.
A.S.
www.oxu.az