Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, təlimlər Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində aparılır.
İşğal altındakı Şahbulaq yüksəkliyinin ətəklərindən müxtəlif hədəflərə atəş açılır.
Təlimlərdə ağır artilleriya silahlarından istifadə olunur.