Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fuad Hüseynəliyev: "İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək"
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə kömək edəcək.
Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın suverenliyinə hörmətə əsaslanan siyasəti rəhbər tutub:
"İtaliyanın obyektiv münasibəti iqtisadi əlaqələrin inkişafına kömək edib. Bu gün bu ölkə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. İtaliya ilə bizim ən böyük ticarət dövriyyəmiz var"
F.Hüseynəliyevin sözlərinə görə, İtaliya Azərbaycan qazının Avropaya nəqlində də mühüm tərəfdaşdır:
"Məhz İtaliyada Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) son nöqtəsi yerləşir. Ölkəmiz onun vasitəsilə Avropanın 10 ölkəsini qazla təmin edir. Bu, regionun enerji bazarında mühüm rol oynayır".
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə danışan F.Hüseynəliyev vurğulayıb ki, İtaliya iqlim dəyişikliyi sahəsində problemlərin həllində maraqlıdır, iki ölkənin maraqları üst-üstə düşür:
"İtaliya əsas "çirkləndirici" dövlət deyil. Çünki ətraf mühitin çirklənməsinə əhəmiyyətli "töhfə" verən daha böyük oyunçular var. Buna görə də hesab edirəm ki, İtaliyanın iqlim dəyişikliyi ilə bağlı mövqeyi, xüsusən də məsuliyyətlərin bölüşdürülməsi və mövcud iqlim vəziyyətinə həll yollarının axtarışı baxımından inkişaf etməkdə olan ölkələrin münasibəti ilə oxşar olacaq".
"Fuad Hüseynəliyev" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Ermənistanın Azərbaycanla rəqabət aparmaq üçün hərbi potensialı yoxdur"
- Direktor: "Yunanıstanın Ermənistana silah satması münasibətlərin soyumasına səbəb ola bilər"
- "3+3" platforması Cənubi Qafqazda regional kommunikasiyaların açılmasına doğru addım ola bilər
- "Report"un direktoru: "Dezinformasiyaya qarşı mübarizədə jurnalistlərin peşəkarlığı əsas amildir"
- Fuad Hüseynəliyev: "Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir"