Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
"Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik", - o qeyd edib.
Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim.Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. pic.twitter.com/6gb7cbEuoA
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 13, 2024
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"
- Hikmət Hacıyev: "Ermənistan tərəfindən ciddi dezinformasiya kampaniyaları hələ də davam edir"