Azərbaycana səfərimiz bizim üçün müsbət mənada kəşf xarakterli bir səyahət oldu. Aramızda uzun məsafə olsa da, bir çox məsələdə mövqeyimiz ortaqdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, xanım Mireya Aguero Dekorales deyib.
O bildirib ki, əvvəl iki ölkə yalnız beynəlxalq səviyyədə əməkdaşlıq edirdi:
“Lakin indi birbaşa əlaqələr qurmaq üçün iş planımızı tərtib etmişik”.
Qonaq Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinə öz dəstəyini ifadə edərək bəyan edib ki, bu, Honduras üçün prinsip məsələsidir:
“Biz hesab edirik ki, beynəlxalq birlik bu işğala reaksiya verməlidir”.