Azərbaycanda I qrup əlillər ali təhsil haqqının ödənişindən azad edilə bilər.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli bildirib.
O qeyd edib ki, bunun üçün müvafiq maliyyə tutumu hesablanacaq:
“İl ərzində 20-25 I qrup əlil ali təhsil almaq üçün ödənişli əsaslarla ali məktəblərə qəbul olunur. Ona görə də onların ödənişlərdən azad edilməsi mümkündür”.
E.Ə.
www.oxu.az