"Qaçqınlıq və məcburi köçkünlük probleminin davamlı həlli qayıdış hüququnun təmin edilməsindən keçir".
Oxu.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirində deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn aliliyini və yüz minlərlə insanın qayıdış hüququ kimi təməl insan hüququnu təmin edib.
Əzizə İsmayılova