Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyev: "İnanıram ki, Azərbaycan-İraq dostluq münasibətləri bundan sonra da inkişaf edəcək"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Albaniya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib
- Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi
- Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb
- Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM