Prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən Cəfər Məmməd oğlu Cəfərov rektor vəzifəsindən azad olunub.
Dövlət başçısının digər sərəncamı ilə C.Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilib.

Cəfər Məmməd oğlu Cəfərov