Azərbaycan prezidenti İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, N. Novruzov Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyed edək ki, Əlövsət Baxşıyev Naxçıvan Muxtar Respublikasinin Baş Naziridir. Niyazi Novruzov isə Naxçıvan MR-nın Səhiyyə Naziridir.