Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İrandan Azərbaycana növbəti xəyanət: Tehran qadağa tətbiq etdi - VİDEO
İran Azərbaycanla bağlı qadağa tətbiq edib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi təchizat xarakterli yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını qapayıb. Bununla da İran ölkəmizə növbəti dəfə xəyanət edib.
Ancaq bunun Azərbaycan üçün zərəri yoxdur. Çünki Azərbaycanın öz ərazi subyektinə hərbi yük daşıması üçün alternativ hava məkanları mövcuddur.
Koronavirus pandemiyası dövründə İrana və İrandan yükdaşımaları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə - Azərbaycandan keçməklə həyata keçirilib. Bu dəhlizdə Azərbaycanın tranzit imkanları genişdir. İran bu dəhlizdən də Azərbaycana qarşı yararlanmağa çalışır ki, bu da əbəsdir. Başqa sözlə, logistika məsələsində İran Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan İrandan. Sadəcə indi bu qərarı verənlər özlərinin xislətini nümayiş etdiriblər.
"İran" teqi üzrə xəbərlər
- İranlı keçmiş nazir Tehranın İsrailə qarşı kəşfiyyat uğursuzluqlarını etiraf edib
- İranda hər beş şagirddən biri intihar haqqında düşünür
- İranda hərbi qüvvələr dinc vətəndaşı güllələyiblər
- Hindistan Ermənistana "Pinaka" silah sistemlərinin tədarükünə başlayıb
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar