İlkin məlumatlara görə, iyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aktında Azərbaycan Respublikası vətəndaşları xəsarət almayıblar.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib..
XİN sözçüsü bildirilib ki, lakin ölən və yaralıların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər hələ də davam etdirilir.
09:45
“İstanbulun Atatürk Beynəlxalq Hava Limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır”.
Bunu Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.
Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə zamanı ölənlərin sayı 50 nəfərə çatıb.