"Otuz iki il Bakıda qazanxanada köçkünlük həyatı sürmüşük".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Kəlbəcər şəhərinə köç edən Səmayə Alışan qızı Ağalarova deyib.
O bildirib ki, bu gün ailəsi ilə Kəlbəcər şəhərinə köçür:
"1992-ci ildə ermənilər bizi öz doğma yurdumuzdan didərgin saldılar. Gəncədə, Bakıda köçkünlük həyatı yaşamışıq. Dörd körpə uşaqla, altı ailə çıxmışıq Kəlbəcərdən. İndi isə doqquz nəvəmlə, balalarımla, ailəmlə öz torpağıma qayıdıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Kəlbəcər şəhərinə daha 27 ailə - 112 nəfər köçürülür.
Rövşən Əsədov