Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Konvoy, mühafizə, qeyri-müəyyənlik: Cənubi Koreya prezidenti məhkəməyə aparıldı
Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbsinin uzadılması ilə bağlı dinləmələr üçün Seulun Qərb Dairə Məhkəməsinə aparılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Bildirilir ki, Yun Sok Yol Ədliyyə Nazirliyinin məhkumların daşınması üçün nəzərdə tutulmuş mikroavtobusu ilə gətirilib. Avtomobil kolonunda mühafizə xidmətinin avtomobilləri olub.
Keçmiş prezidentlərlə bağlı oxşar iclasların təcrübəsinə əsasən, məsələnin həllinin gecəyarısına qədər uzana biləcəyi ehtimal edilir.
Xatırladaq ki, yanvarın 15-də Koreya Respublikasının prezidenti həbs edilib. O, hərbi vəziyyətlə bağlı hadisələrə görə qiyamçıların lideri kimi üsyanın təşkilində şübhəli bilinir. Azadlıqdan məhrumetmə 48 saatlıq müddətə hesablanıb. Lakin yanvarın 16-da prezidentin vəkilləri həbsin qanuniliyinə etiraz etməyə cəhd göstəriblər və bu səbəbdən müddət 10 saat 32 dəqiqə uzadılıb. Yüksək vəzifəli şəxslərlə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsi müddətin bitməsinə ən azı 3 saat qalmış order üçün müraciət edib.
Qeyd edək ki, ölkə tarixində ilk dəfədir ki, fəaliyyətdə olan dövlət başçısı həbs edilib. Dekabrın 14-də parlament hərbi vəziyyətlə bağlı hadisələrə görə ona qarşı impiçment elan edib. Ancaq Konstitusiya Məhkəməsinin qərarına qədər onun səlahiyyətləri dayandırılmış hesab olunur.
Bundan əvvəl bildirilmişdi ki, prezident həbsinin ilk günündə təcridxananın 10 kvadratmetrlik otağında yerləşdirilib. Otaqda yazı masası, ayrıca tualet, yataq ləvazimatları və televizor olub. Yun Sok Yol həbsxanadan məktub yazaraq öz vəziyyəti barədə məlumat verib.
"Yun Sok Yol" teqi üzrə xəbərlər
- Cənubi Koreyada prezidentin həbsinə mane olan mühafizə xidmətinin rəisi saxlanıldı
- Cənubi Koreya prezidentinin həbsi: Gecəni təkadamlıq kamerada keçirdi
- Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi
- Cənubi Koreya polisi prezident mühafizəsinin rəisinə qarşı cinayət işi açdı
- Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən şəxsə də impiçment elan olunacaq