Dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.
Qeyd olunub ki, mərasimdə komitənin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
16:46
Dekabrın 14-də “Böyük Qayıdış” Proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu dəfə daha 20 ailəyə, 86 nəfərə qucaq açıb. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar.
Bununla da Laçın şəhərində 383 ailə, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.





06:38
Bu gün daha 20 ailə Bakıdan doğma Laçın şəhərinə yola salınıb.
“Report” xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən 86 nəfər yola düşüb.
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.