“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”.
Oxu.Az xəbər verir ki, bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.
Ə.Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur:
“Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.
O qeyd edib ki, İran həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir:
“Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.
S.B.
www.oxu.az