Azərbaycana işgüzar səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Bakı ilə bağlı paylaşım edib.
Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında səfərin məqsədindən bəhs edib.
"Bakıya eniş.
Aİ (Avropa İttifaqı) Cənubi Qafqazın parlaq gələcəyinə inanır: qarşılıqlı əlaqəli, dinc və çiçəklənən.
Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik.
Mən həmçinin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı dərinləşdirmək üçün buradayam.
Ticarətdən nəqliyyata. Enerjidən iqtisadiyyata", - deyə o, paylaşımda yazıb.
📍Touchdown in Baku 🇦🇿
— Ursula von der Leyen (@vonderleyen) July 1, 2026
The EU believes in a bright future for the South Caucasus: connected, peaceful and prosperous.
We want to help build that future.
I'm also here to deepen the EU-Azerbaijan partnership.
From trade to transport. From energy to the economy. pic.twitter.com/yQYimdS0Fy