Moldova Prezidenti Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib:
"Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik".
The deal between Armenia and Azerbaijan marks an important milestone towards ending decades of hostilities.
— Maia Sandu (@sandumaiamd) August 9, 2025
We congratulate both sides — @presidentaz and @NikolPashinyan — along with @POTUS for helping open the path to peace, reconciliation, and greater prosperity in the region.