Azərbaycan Prezident Adminstrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və administrasiyanın şöbə müdiri Elnur Aslanov Londonda keçirilən “Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Oxu.Az BBC-nin Azərbaycan bölməsinə istinadən xəbər verir ki, Britaniya paytaxtına səfərləri zamanı onlar BBC-ə baş çəkiblər və Novruz Məmmədov BBC Azərbaycan xidmətinə müsahibə verib.
O, “Rüstəm İbrahimbəyovla İlham Əliyev arasında prezident seçkiləri öncəsi debat keçirilə bilərmi” sualına cavabında Azərbaycan cəmiyyətində hazırda buna ehtiyac duyulmadığını bildirib.
Mehriban Əliyevanın prezidentliyə namizədliyi məsələsilə bağlı isə o, “düşünürəm ki, Mehriban Əliyeva İlham Əliyevi dəstəkləyəcək” cavabını verib.
www.oxu.az