Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu təkliflə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxış edib.
“İdman sahəsini də əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik”, - XİN başçısı deyib.
O bildirib ki, bu istiqamətdə əməkdaşlıq intensivləşdirilməlidir: “GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir”.
N.O.