Qarabağ üzrə status-kvo heç kimi razı salmır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov RİA Novosti-yə verdiyi müsahibəsində deyib.
“Mən nazir olduğum dövr ərzində bir neçə dəfə bu məsələ üzrə irəliləyişə yaxın olmuşuq.
Hamı anlayır ki, bu gün mövcud status-kvo, bəlkə erməni tərəfindən başqa heç kimi razı salmır. Biz, əlbəttə, 20 il ərzində işğal edilmiş ərazilərin azad edilməsinin yalnız hərbi yolla mümkün olduğundan narazıyıq”, - Azərbaycan XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, mütəmadi olaraq “masanı təmizləmək” lazımdır.
“Problemlər nədir? Ən böyük problem – Azərbaycan ərazisində erməni silahlı qüvvələrinin olmasıdır. İlk növbədə, əsgərlər kazarmalara qayıtmalıdır və bundan sonra böyük imkanlar açılacaq, bu planın bir hissəsidir”, - E.Məmmədyarov bəyan edib.
N.O.
www.oxu.az