Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.
Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".
Uqanda Prezidenti Yoveri Kaquta Museveni də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Uqanda Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz ortaq məqsədlər naminə birgə çalışır və biz əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik. Əminəm ki, xalqlarımızın ənənəvi yaxın münasibətləri qarşıdakı illərdə genişlənməkdə və inkişaf etməkdə davam edəcəkdir.
Ölkənizin tarixindəki bu önəmli günü qeyd edərkən sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
15:48
Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.
Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik".
13:45
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm.
Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13:42
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha ifadə edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13:36
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13:32
Malta Prezidenti Miriam Spiteri Debono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir zamanda daha böyük əhəmiyyət kəsb edir.
Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq istiqamətində nadir struktur olaraq qalır.
Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır. Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna inanır.
Bu xoş fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
11:37
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.
Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm".
11:35
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə siz də mənim qədər maraqlısınız".
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi