Türkiyənin “Milliyet” qəzetinin tanınmış yazarı və “CNN Türk” telekanalının jurnalisti Nagəhan Alçının adı Azərbaycan XİN-in “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, artıq jurnalistin adı “arzuolunmaz şəxslər” siyahısında yoxdur.
Qeyd edək ki, jurnalist bir müddət əvvəl bununla bağlı rəsmi Bakıya müraciət edib.
N.Alçı 2009-cu ildə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etdiyi üçün adı “qara siyahı”ya salınıb.
O, müraciətində həmin siyahıda adının olmasından təəssüfünü bildirib və Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb, həmçinin Azərbaycana səfər etmək arzusunu bildirib.