Milli Şura yenidən ümumrespublika mitinqinə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat”-a açıqlamasında qurumun mitinq komitəsinin üzvü, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib.
Onun sözlərinə görə, Milli Şura növbəti mitinqini sentyabrın 15-də keçirə bilər.
A.Quliyev qeyd etdi ki, mitinqin bir qədər gecikməsinin səbəbi sentyabrın 9-dək Milli Şuranın vahid namizədi üçün imza toplanması ilə bağlıdır.
Qeyd edək ki, Milli Şura indiyədək cəmi bir dəfə avqustun 18-də “20-ci sahə”də sanksiyalaşdırılmış mitinq keçirib.