Meriya aksiya ilə bağlı müraciətinin onlara çatmadığını bildirib.
Milli Şura oktyabrın 27-də prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiya keçirmək üçün Bakı meriyasına müraciət göndərib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda “Azadlıq” radiosuna Milli Şuranın təmsilçisi Gülağa Aslanlı məlumat verib.
Oktyabrın 20-ə planlaşdırılmış aksiyanın baş tutub-tutmayacağı haqqında isə Gülağa Aslanlı deyib ki, “böyük ehtimalla keçirilməyə bilər”.
Oktyabrın 17-də Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinin onlara çatmadığını bildirib.
Milli Şuranın mətbuat xidməti isə müraciətin mətnini və meriyaya göndərilən müraciətin poçt qəbzini yayıb.
Qəbzdə meriyaya oktyabrın 14-də müraciət göndərildiyi bildirilir.