Bu gün Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, piketdə "Azadlıq" və digər şüarlar səsləndirilib.
Aksiya iştirakçıları partiyanın Bakının mərkəzində yürüş keçirmək üçün müraciətinə BŞİH-nin razılıq verməməsinə etiraz ediblər.
Aksiyadan sonra partiya üzvləri Səxavət Soltanlı, Tofiq Yaqublu, Elman Fəttah, Mustafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli, Rəhim Yaqublu və daha bir neçə nəfər polis tərəfindən saxlanılıb.
A.M.