NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini - Azərbaycan və Ermənistanı problemin sülh yolu ilə həllinə nail olmaq üçün işləməyə çağırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan NATO üçün dəyərli tərəfdaşlardır.