Qazaxıstan prezidenti Nursultan Nazarbayevin avqustun ikinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
Onun sözlərinə görə, Nazarbayev türkdilli ölkələrin növbəti sammitində iştirak edəcək.
Həşimov bildirib ki, sammit çərçivəsində Nazarbayevin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir:
“Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi məsələləri müzakirə ediləcək”.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammiti avqustun ortalarında Bakıda keçiriləcək.