Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ADİF) tam sığortalanan bank depozitlərinin həcmini artırmağa hazırlaşır
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə fondun Qəyyumlar şurasının sədri Çingiz Əsədullayev bildirib.
Onun sözlərinə görə, hazırda tam sığortalanan əmanətlərin həcminin 30 min manatdan 50 min manatadək artırılması barədə təklif nəzərdən keçirilir.
“ADİF-ə üzv banklar üçün bu, ağır addım kimi görünə bilər, lakin güman edirəm ki, artıq onu atmağın vaxtı çatıb. Qəyyumlar şurası bu addıma hazırlıqla bağlı məsələləri müəyyənləşdirməyə və onu bank ictimaiyyətinin müzakirəsinə çıxarmağı planlaşdırır. Konsensus tapılarsa, bu təklif əmanətlərin sığortalanması haqqında qanuna düzəlişlər şəklində rəsmiləşdiriləcək” – deyə, Ç.Əsədullayev bildirib.
Fond həmçinin illik ayırma dərəcəsinin 12%-dən 10 yaxud 11%-dək azaldılması barədə qərar hazırlayır.
Bu qərar qəbul edilərsə, 10-11%-dən yuxarı dərəcə üzrə qəbul olnumuş əmanətlər fond tərəfindən sığortalanmayacaq.