NIKOIL | Bank-ın kollektivi Ümümmilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə Oxu.Az-a bankdan bildirilib.
Bankın işçiləri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar, ehtiramını bildiriblər.
Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.
S.B.
www.oxu.az