Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Mosulda Türkiyə diplomatlarının girov götürülməsi ilə bağlı bəyanat verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, O.Əsədovun bildirdiyinə görə, Azərbaycan bu hadisəni qətiyyətlə pisləyir və qardaş Türkiyənin yanındadır. Onun fikrincə, hadisə ilə bağlı türkdilli ölkələr, o cümlədən TürkPA tərəfindən bəyanat hazırlanmalıdır:
“Gün ərzində bu bəyanat hazır olmalıdır”.
O.Əsədov diplomatların dərhal azad olunmadığı halda bunun fəsadlara yol açacağını söyləyib.