Təyinatlar mərkəzləşdirilmiş yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. Məsələn, 21-ci əsrdə biz hər hansı bir gənci dövlətin seçdiyi bir məktəbdə, şəhərdə, kənddə rayonda fəaliyyət göstərməyə məcbur edə bilmərik.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu bu gün 2013-2014-cü tədris ilinin nəticələrinə dair Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazir Mikayıl Cabbarov deyib. O, təyinatların bərpası məsələsinə toxunarkən məcburi təyinat məsələsinin sovet təcrübəsi olduğunu qeyd edib.
“Vətəndaşların şəxsi azadlıqlarının qorunması məsələsi bu gün müasir Azərbaycanda çox önəm kəsb edir. Məcburi təyinat məsələsi sovet təcrübəsidir. Bu, bir reallıqdır. Mən bir vətəndaş kimi ədalətli mövqeyin tərəfdarıyam. Şəxsin azadlığı və ona qarşı ədalətli mövqeyi cəmiyyətin əsasını təşkil etməlidir”.